image-n1karobka_ads
image-123
image-692576c4ae5ac96dfa457b6abackend

Peskov: İstanbul danışıqları Kiyev tərəfindən dayandırılıb

image-ad_qayo_720x110px

İstanbulda keçirilən birbaşa Rusiya-Ukrayna danışıqları Moskvanın təqsiri olmadan kəsilib.

Doğru.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov deyib: “İstanbulda danışıqlar nə bizim günahımız, nə də öz iradəmizlə dayandırılıb. Danışıqlar prosesini kəsən Kiyev rejiminin nümayəndələri olub.”

O əlavə edib ki, Ukraynada nizamlanma ilə bağlı vəziyyət indi “bir az fərqli” inkişaf edir: “Ukraynalılar və amerikalılar arasında bu layihə əsasında iş gedir. İşlərin necə inkişaf edəcəyini görəcəyik.”

Qeyd olunur ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Amerikanın 28 bəndlik sülh planı ilə bağlı Rusiyaya göndərilmiş təkliflərin Ukraynadakı münaqişənin yekun həlli üçün əsas ola biləcəyini vurğulamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki