image-n1karobka_ads
image-123
image-qyagduzuv8wlvgufz1grkmclh3tm5z9torh0qysx_1200backend

Pezeşkian: “Azərbaycan Prezidentinə təşəkkür etmək istəyirəm”

Ötən gün Azərbaycanda rəsmi səfərdə olmuş İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian özünün “X” hesabında paylaşım edib.

İran prezidenti qeyd edib ki, bu səfər iki qonşu ölkə arasında etimadın artırılmasına və hərtərəfli inkişafa xidmət edəcək.

“Dünən Bakıda hörmətli qardaşım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşümüz oldu, sənədlər imzaladıq. Bu səfər etimadın artırılması və hərtərəfli elmi, iqtisadi, mədəni, təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni üfüqlərin açılması üçün başlanğıcdır. Qonaqpərvərliyinə görə cənab İlham Əliyevə təşəkkür etmək istəyirəm”, – M.Pezeşkian qeyd edib.

Xatırladaq ki, Məsud Pezeşkian Azərbaycan Respublikasına aprelin 28-də dövlət səfəri edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki