Polis əməkdaşına xəsarət yetirərək məsuliyyətdən yayınmaq istəyən sürücü saxlanılıb.
Bu barədə “Doğru.az”a Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin təbliğat üzrə inspektoru polis leytenantı Rüstəm Əhmədov məlumat verib.
Polis əməkdaşına xəsarət yetirməklə, yayınmaq istəyən sürücü ilə əlaqəli məlumat verir ki, Opel Astra markalı 99 NT 712 dövlət qeydiyyat nişanlı avtomobilin sürücusü 28.09.1990-cı il təvəllüdlü Mingəçevir şəhərində anadan olmuş Məmmədov Şirxan Alik oğlu aşkarlanaraq, tərəfimizdən saxlanılmışdır.
Saxlanılan zaman sürücünün psixatrop
maddələrin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyi aşkar olunmuşdur. Sürücünün verdiyi izahat və toplanmış sənətlərb əsasında Nəsimi rayon məhkəməsinə təqdim olunmuşdur.
Nəsimi rayonunda baş tutmuş məhkəmədə hakim tərəfindən sürücü Məmmədov Şirxan Alik oglunun 2 (iki) ay inzibati həps və 1 (bir) il sürücülük hüququndan məhrum edilmişdir.
DOĞRU.AZ


























