image-n1karobka_ads
image-123
image-6915d33102e8bd1f40144efebackend

Polşa, Macarıstan, Slovakiya və Çexiya Aİ-yə qarşı məhkəmə iddiası hazırlayır

image-ad_qayo_720x110px

Macarıstan, Slovakiya, Çexiya və Polşa Avropa İttifaqının Miqrasiya Paktı çərçivəsində müəyyən edilmiş həmrəylik mexanizminə etiraz etməyə hazırlaşır.

Doğru.az xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Euronews telekanalı məlumat yayıb.

Xəbərdə bildirilir ki, adıçəkilən ölkələr miqrantları qəbul etmək öhdəliklərini məhkəmə qaydasında mübahisələndirmək niyyətindədirlər. Çexiya və Polşa isə mövcud mürəkkəb miqrasiya vəziyyətini əsas gətirərək, yeni öhdəliklərdən azad olunmaq istəyirlər.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, nəzarətsiz miqrasiya Avropa ölkələrində sosial və mədəni deqradasiyanın əsas səbəblərindən birinə çevrilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki