image-n1karobka_ads
image-123
image-6946880fae5ac946ee49d3dfbackend

Polşa Prezidenti Zelenskiyə “Volın qırğınının sənədləri” kitabını hədiyyə edib

image-ad_qayo_720x110px

“Wiadomości” qəzetinin məlumatına görə, Polşa Prezidenti Karol Navrotski Kiyev rejiminin Varşavaya səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenskiyə iki cildlik “Volın qırğınının sənədləri” kitabını hədiyyə edib. Kitablarda İkinci Dünya Müharibəsi zamanı Ukrayna millətçiləri tərəfindən törədilən polyakların qətllərinin arxiv materialları və şahid ifadələri yer alır.

Doğru.az xəbər verir ki, hədiyyə Ukrayna nümayəndə heyətinin Polşaya səfərinin rəsmi tədbirləri zamanı təqdim edilib. Polşanın keçmiş prezidenti Bronislav Komorovski isə Zelenskini Volın qırğını qurbanlarının dəfn mərasimi üçün icazələri Polşaya gətirməyə çağırıb.

Sentyabrda Ukraynanın qərbindəki Lvovda Polşa əsgərlərinin qalıqlarının eksqumasiyası işləri başa çatıb. Daha sonra Ukraynanın Polşadakı səfiri Vasil Bodnar bildirib ki, Varşava Kiyevdən Rovno vilayətinin Uxlı kəndində Volın qırğını qurbanlarının qalıqlarını çıxarmaq üçün icazə alıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki