image-n1karobka_ads
image-123
image-6933a9dd02e8bd6dab62d8efbackend

Polşa sakini fişənglərlə qatarların hərəkətini bir neçə saat iflic edib

image-ad_qayo_720x110px

Polşanın Böyük Polşa Voyevodalığının Poznan şəhərində bir sakin relslərdə bir neçə fişəng partlatmaqla qatarların hərəkətini bir neçə saatlıq iflic vəziyyətinə salıb.

Doğru.az xəbər verir ki, yerli polis sözçüsü Andrzej Borowiak hadisənin bütün təhlükəsizlik xidmətlərini hərəkətə gətirdiyini bildirib.

Məlumata görə, hadisəni törədən şəxs polis nəzarətinə götürülüb. Onun mənzilində aparılan axtarış zamanı bir neçə yüz fişəng ələ keçirilib.

Xatırladaq ki, noyabr ayında Polşada qatar partlayışı baş vermişdi. Baş nazir Donald Tusk həmin hadisənin Ukrayna vətəndaşları tərəfindən həyata keçirildiyini iddia etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki