image-n1karobka_ads
image-123
image-693ac7f202e8bd0b7810e611backend

Polşada saxlanılan rusiyalı alim Aleksandr Butyaginin həbsi uzadıla bilər

image-ad_qayo_720x110px

Polşada saxlanılan rusiyalı alim və Ermitaj Muzeyinin əməkdaşı Aleksandr Butyaginin həbs müddətinin uzadılması mümkündür.

Doğru.az xəbər verir ki, bu barədə Rusiyanın Polşadakı müvəqqəti işlər vəkili Andrey Ordaş “İzvestiya”ya açıqlama verib. Diplomatın sözlərinə görə, Rusiya tərəfi Butyagin, onun vəkili və Varşava Rayon Prokurorluğu ilə daimi əlaqə saxlayır.

O bildirib ki, hazırda alim 40 sutka həbs edilib və bu müddətin artırılması mümkündür. Bu zaman kəsiyində Polşa Ukraynaya ekstradisiya ilə bağlı qərar qəbul edə bilər.

Məlumata görə, Aleksandr Butyaginə vəkil təyin olunub.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl bildirib ki, Moskva Polşanın Ukraynanın alimə qarşı irəli sürdüyü ittihamların “absurdluğunu” anlayacağına ümid edir.

Bildirilir ki, Butyagin Ukraynada 10 ilə qədər həbs cəzası ala bilər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki