Polşanın xarici işlər naziri Radoslav Sikorski Ukraynanın bərpası ilə bağlı açıqlama verib.
Doğru.az xəbər verir ki, Fakt nəşrinə müsahibəsində nazir Polşanın bu prosesdən ən çox fayda görəcəyini bildirib.
“İnanıram ki, Polşa Ukraynanın mümkün bərpasından ən çox faydalanacaq”, – Sikorski qeyd edib.
Onun sözlərinə görə, tarixi, linqvistik və coğrafi səbəblərə görə Polşa Kiyevə sərmayə qoymaq istəyən Qərb investorları üçün etibarlı bazaya çevriləcək. Nazir həmçinin Polşadakı Ukrayna diasporunu ölkəsi üçün “kozır” adlandırıb.
Xatırladaq ki, Sikorski daha əvvəl Ukraynadakı münaqişənin Birinci Dünya Müharibəsi kimi başa çata biləcəyi barədə fikirlər səsləndirmişdi.
DOĞRU.AZ