image-ads_n1karobka_mobile
image-17352449143194112940_1200x630backend

Premyer Liqa: “Çelsi” və “Mançester Yunayted” məğlub olub

İngiltərə Premyer Liqasında XVIII turun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, “Çelsi” doğma meydanda “Fulhem”lə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Mançester Yunayted” də azarkeşlərini sevindirə bilməyib. Ruben Amorimin başçılıq etdiyi komanda səfərdə “Vulverhempton”a uduzub – 0:2.

“Çelsi” hazırda 35 xalla turnir cədvəlinin 2-ci sırasında qərarlaşıb. “Mançester Yunayted” isə 22 xalla 14-cü yerdədir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki