Doğru.az AZƏRTAC-a istinadla xəbər verir ki, mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Dövlət başçısı abidənin önünə gül dəstəsi qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin ölkəmizin hər bir guşəsində əbədiləşdirilməsi məqsədilə müxtəlif şəhər və rayonlarda abidələr ucaldılıb. İsmayıllıdakı bu abidə də xalqın Ümummilli Liderə olan sevgi və ehtiramının bariz nümunəsidir.
DOĞRU.AZ