image-n1karobka_ads
image-123
image-f0entsqnfrh1kzhdhu1a2om0xag4dt1uofuj0ckc_1200backend

Prezident İlham Əliyev Koreya Respublikasının yeni səfirini rəsmi qəbul etdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanqın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında münasibətlərin uğurlu inkişafına toxunaraq, siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu vurğuladı, mütəmadi əsasda siyasi məsləhətləşmələrin və dialoqun aparıldığını qeyd etdi. Prezident İlham Əliyev siyasi və iqtisadi-ticari əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu dedi, bu xüsusda ölkəmizin sənayeləşmə, həmçinin Azərbaycanın regionlarının inkişafı proqramları çərçivəsində əməkdaşlıq məsələlərinə toxundu.

Kımqu Kanq Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edərək, 15 İyun – Milli Qurtuluş Günündə Prezident İlham Əliyev tərəfindən qəbul edilməsinin onun üçün böyük şərəf olduğunu dedi. Səfir Koreya Respublikasının ozamankı Prezidenti Ro Mu Hyunun ölkəmizə rəsmi səfərini, həmçinin Prezident İlham Əliyevin Koreya Respublikasına dövlət səfərini xatırladı və bu səfərlərin əlaqələrimizin inkişafına ciddi təkan verdiyini vurğuladı.

Görüşdə ölkələrimiz arasında yüksək texnologiyalar, rəqəmsal transformasiya, elm, təhsil, o cümlədən peşə təhsili, tibb və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.

Səfir Ələt Azad İqtisadi Zonasının Koreya Respublikasının biznes dairələri üçün maraqlı olduğunu dedi.

Söhbət zamanı Azərbaycanın siyasəti nəticəsində Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edildiyi diqqətə çatdırıldı, bu xüsusda Koreya yarımadasında da davamlı sülhün təmin olunacağına ümidvarlıq ifadə edildi.

DOĞRU.AZ

image-vckpxgkt9dstnn6basqxqexjleyctym0gbvll1ej_640 image-8nb9i7pguldocpl28ascmodiyrfzxl2f9vqumayk_640 image-hqib1alph2vd6q4xo4rnpjzhd4ccc2i8kwxg3hk6_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki