image-n1karobka_ads
image-123
image-1734434632973937477_1200x630backend

Prezident İlham Əliyev Rusiyanın Tatarıstan Respublikasının Rəisi ilə görüşüb – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun Azərbaycanın “Dostluq” ordeni ilə təltifedilmə mərasimi oldu. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rüstəm Minnixanov “Dostluq” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev dedi: Layiq olduğunuz mükafat münasibətilə Sizi təbrik edirəm. Uzun illərdir ki, Siz ənənəvi əlaqələrimizin möhkəmlənməsi üçün çox iş görürsünüz. Ona görə də belə yüksək mükafatı Sizə təqdim etmək və yeni uğurlar arzulamaq mənim üçün çox xoşdur.

Rüstəm Minnixanov dedi: Cənab Prezident, çox sağ olun. Bu, yüksək mükafatdır. Biz Rusiya-Azərbaycan münasibətləri çərçivəsində əlaqələrimizi yüksək qiymətləndiririk. Tatarıstan burada xüsusi yerə malikdir. Tarixən belə alınıb ki, qardaş xalqlarımız və ən başlıcası, liderlərimiz – Azərbaycanın Lideri Heydər Əliyev və birinci Prezidentimiz Mintimer Şaripoviç Şaymiyev bizim inkişaf etdirdiyimiz həmin kursun əsasını qoyublar.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov birgə nahar ediblər.

image-17344346323074424267_1200x630 image-17344371881686918420_1200x630 image-17344371882739245494_1200x630 image-17344371882791540495_1200x630 image-17344371883260530876_1200x630 image-1734437188396166406_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki