image-n1karobka_ads
image-123
image-17508351422478523960_1200x630backend

Prezident İlham Əliyev Sloveniyanın Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya Prezidenti Nataşa Pirts Musara bu ölkənin milli bayramı – Dövlətçilik Günü münasibətilə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubunda bildirib: “İnanıram ki, Azərbaycan ilə Sloveniya arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir”.

Azərbaycan Prezidenti əlamətdar gün münasibətilə sloveniyalı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki