Prezident İlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul etdi
Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşündə iştirak edən nümayəndə heyətini qəbul edib.
Doğru.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə təşkilata üzv və müşahidəçi dövlətlərin yüksək vəzifəli rəsmiləri iştirak ediblər. Nümayəndə heyətinə aşağıdakı şəxslər daxildir:
Erjan Sadenov – Qazaxıstan Respublikasının daxili işlər naziri
Ulan Niyazbekov – Qırğız Respublikasının daxili işlər naziri
Ali Yerlikaya – Türkiyə Respublikasının daxili işlər naziri
Aziz Taşpulatov – Özbəkistan Respublikasının daxili işlər naziri
Dursun Oğuz – Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri
Bentse Retvari – Macarıstanın daxili işlər nazirinin müavini
Kubanıçbek Ömüralıyev – Türk Dövlətləri Təşkilatının Baş katibi
Görüş çərçivəsində Türk dünyasında təhlükəsizlik, hüquq-mühafizə və regional əməkdaşlıq məsələləri müzakirə olunub.
DOĞRU.AZ