image-n1karobka_ads
image-123
image-1748152836380522862_1200x630backend

Prezident İlham Əliyev Ukraynanın xarici işlər naziri ilə görüşüb – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Andrey Sibiqa Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq Azərbaycan dövləti tərəfindən Ukraynaya göstərilən humanitar yardımlara görə təşəkkürlərini bildirdi, xüsusilə İrpen şəhərində həyata keçirilən layihələrin əhəmiyyətini vurğuladı.

Andrey Sibiqa Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını ifadə etdi.

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Volodimir Zelenskiyə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Azərbaycan tərəfindən Ukraynaya humanitar yardımın bundan sonra da davam etdiriləcəyini bildirdi.

Söhbət zamanı Azərbaycanın və Ukraynanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri qeyd olundu.

Ölkələrimiz arasında energetika, bərpaolunan enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı sahələrində əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

DOĞRU.AZ

image-174815283621325916_1200x630 image-17481528365948156733_1200x630 image-17481528362540647960_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki