image-n1karobka_ads
image-123
image-5r3asnvjxms5mx6fyh47lpxkmhuw7jvpjhfs3sdm_1200backend

Prezident İlham Əliyevin beynəlxalq forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub – FOTO

image-ad_qayo_720x110px

Prezident İlham Əliyevin aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, qonşu ölkənin imedinews.ge, interpressnews.ge, 24news.ge, aktual.ge, qafqazturk.com informasiya portalları, 1tv.ge televiziya kanalında Azərbaycan Prezidentinin çıxışından xəbərlər yayıblar.

Materiallarda dövlətimizin başçısının Avropa Komissiyasının Gürcüstanın daxili işlərinə münasibətinin tamamilə qəbuledilməz olması barədə fikirləri qeyd edilir və bildirilir ki, bu, müstəmləkəçilərin davranışıdır. Gürcüstan dövlətinin daxili işlərini Brüsseldən olan bürokratlar yox, gürcü xalqı həll etməlidir.

Eyni zamanda, mətbuatda Prezident İlham Əliyevin Azərbaycanın Gürcüstanın yanında olması, USAID-in Azərbaycandakı qanunsuz fəaliyyəti, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Özbəkistanda keçirilən sammitdə Orta Dəhliz, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədlərinin açılması barədə ədalətsiz fikirləri, Azərbaycanın və Gürcüstanın Avropa institutları ilə mehriban qonşuluq münasibətləri istəməsi, Gürcüstanın Baş nazirinin seçkilərdən sonra ilk dəfə Azərbaycana səfərinin əhəmiyyəti, Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Azərbaycana gözlənilən səfərindən gözləntilər, Azərbaycan və gürcü xalqları arasındakı tarixi bağlantılar, Cənubi Qafqaz regionunun strateji baxımdan əhəmiyyətli bölgəyə çevrilməsi barədə tarixi fikirlərinə geniş yer verilib.

DOĞRU.AZ

image-1rj4xhtgoxtnatelxyetj3vnbzkqeg93muviou8p_640 image-bhet3gxz5avckxz9amjfdjlglwiyackj8kcw0vsm_640 image-wpf3ejvluyhlbzb3bzmzrd9ouz6ai4zit9o94fxq_640 image-nzqtwjh4tcdxoth71wvdmy7b8eoqs6vxrfmxtjdz_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki