image-n1karobka_ads
image-123
image-1734535205427461196_1200x630backend

Prezident İlham Əliyevin Dmitri Kiselyova müsahibəsi Gürcüstan mediasının diqqət mərkəzindədir – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsi Gürcüstan mediasının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, sputnik-georgia.ru, 24news.ge, realnews.ge, aktual.ge informasiya portallarında yayımlanan məlumatlarda Azərbaycan Prezidentinin söylədiyi fikirlər əksini tapıb.

Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması ilə bağlı Prezident İlham Əliyevin fikirlərinə istinadla yayılan xəbərlərdə deyilir: “Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni, belə yardıma görə türk dostlarımıza çox minnətdarıq”.

Gürcüstandakı vəziyyətlə bağlı suala cavabında isə Azərbaycan Prezidenti deyib: “Görürəm ki, Gürcüstanda vəziyyət sabitləşir. Biz buna şadıq. Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin”.

Gürcüstan mediasında yayılan daha bir xəbərdə isə Azərbaycan Prezidentinin E.Makron barədə dedikləri yer alıb: “Avropanın mərkəzində – Korsikada onlar Korsika dilini qadağan edirlərsə, bu dilin ictimai yerlərdə istifadəsinə icazə vermirlərsə, o zaman Yeni Kaledoniya haqqında nə demək olar? Bu, nəyə yarayar? Bu demokratiyadır? Bu, insan hüquqlarıdır? Yəni, Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir”.

image-1734535205427461196_1200x630 image-17345352055867653920_1200x630 image-17345352051240631230_1200x630 image-1734535205730041786_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki