Müğənni Alla Puqaçova Yeni il tətilindən sonra Böyük Britaniyaya köçməyi planlaşdırır.
“Alla bizə dedi: o və Maksim əkizləri Harri və Lizanın Londonda təhsil almasını istəyirlər. London onların ailəsi üçün yad deyil. Kristina Orbakaitenin kiçik oğlu Denis Baysarov orada oxuyub və uzun illər orada yaşayır”, – Puqaçovanın yaxın dostu deyib.
Success Finance daşınmaz əmlak agentliyinin təsisçisi İbrahim Bədəlov öz növbəsində nəşrə bildirib ki, Londonun yaxşı bir ərazisində 5 yataq otağı olan malikanənin orta hesabla qiyməti təxminən 1,2 milyard rubl təşkil edir. Böyük Britaniya paytaxtının kənarında oxşar daşınmaz əmlak daha ucuzdur – 500 milyon rubla başa gələcək.
“Düşünürəm ki, sənətçi Rusiyadakı bütün daşınmaz əmlakını satsa, kifayət qədər pulu olacaq. Digər sual isə odur ki, müğənni çətin ki, Rusiyadakı evlərini və mənzillərini tez sata bilsin. Satış aylarla uzana bilər”, – Bədəlov vurğulayıb.
Mənbə: Gazeta.ru