image-n1karobka_ads
image-123
image-695b9b97ae5ac91fc65649afbackend

Puşkov Trampın “zəfər” iddialarını təhlükəli adlandırdı

image-ad_qayo_720x110px

Rusiyalı senator Aleksey Puşkov ABŞ prezidenti Donald Trampın “zəfər” bəyanatlarının ağır nəticələrə yol aça biləcəyini bildirib.

Doğru.az xəbər verir ki, Puşkov bu barədə “Telegram” kanalında paylaşım edib. O qeyd edib ki, ABŞ-ın əvvəlki prezidentləri də vaxtilə İraq, Əfqanıstan və Liviyadakı “qələbələrini” böyük uğur kimi təqdim ediblər.

Senatorun sözlərinə görə, həmin “zəfərlər” sonradan ya Əfqanıstanda olduğu kimi məğlubiyyətlə, ya da Liviya və İraqda olduğu kimi fəlakətlə nəticələnib. Puşkov sual edib: “Bu ‘zəfər’ də fəlakətə çevriləcəkmi?”

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Vaşinqtonun Venesuelanın neft infrastrukturuna nəzarət edəcəyinə dair bəyanat vermişdi. O, ABŞ hakimiyyətinin Venesuela neftini necə idarə etməyi planlaşdırdığını da açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki