Rusiya lideri Vladimir Putin Venesuela prezidenti Nikolas Maduroya onun noyabrın 23-dəki doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Doğru.az xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil məlumat verib.
Telegram postunda bildirilir: “Prezident Nikolas Maduro Prezident Vladimir Putindən emosional təbrik məktubu aldı.”
Məlumatda qeyd olunur ki, Putin məktubunda ölkələr arasındakı münasibətlərin strateji xarakter daşıdığını təsdiqləyib.
DOĞRU.AZ





























