image-n1karobka_ads
image-123
image-693121b502e8bd5c195b9521backend

Putin: “Narendra Modi ilə təkcə işgüzar deyil, şəxsi münasibətlərim də var”

image-ad_qayo_720x110px

Rusiya prezidenti Vladimir Putin “India Today” telekanalına müsahibəsində bildirib ki, Hindistanın baş naziri Narendra Modi ilə yalnız işgüzar əlaqələri deyil, həm də şəxsi münasibətləri var.

Doğru.az xəbər verir ki, RİA Novosti Putinin sözlərini belə sitat gətirir: “Dostum, baş nazir Narendra Modi ilə görüşdüyümə görə çox şadam”. Prezident əlavə edib ki, Modi ilə görüş çoxdan planlaşdırılıb və onların “danışacaq bir şeyləri var”.

Bundan əvvəl Hindistan Xarici İşlər Nazirliyi Putinin Nyu-Dehli səfərinin Rusiya ilə Hindistan arasında inkişaf edən strateji tərəfdaşlığa yeni təkan verəcəyinə əminliyini ifadə edib.

Putinin dekabrın 4-5-də Hindistana dövlət səfəri edəcəyi qeyd olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki