Rusiya Prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin genişləndirilmiş Kollegiya iclasında çıxış edərək qlobal geosiyasi vəziyyətin gərgin olaraq qaldığını bildirib.
Doğru.az xəbər verir ki, dövlət başçısı əlavə edib ki, bəzi bölgələrdə geosiyasi vəziyyət daha da kritikləşir.
Putin çıxışında deyib ki, “NATO ölkələri hücum qüvvələrini fəal şəkildə qurur və modernləşdirir, kosmosda da daxil olmaqla, yeni silah növləri yaradır və yerləşdirir”.
Rusiya lideri həmçinin Rusiya Silahlı Qüvvələrinin gücləndirilməsi istiqamətində davam edən səylərdən də danışıb.
DOĞRU.AZ




























