Beynəlxalq forum başlamazdan əvvəl Rusiya prezidenti Vladimir Putin və Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov görüşüblər.
Doğru.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, liderlər qarşılanma mərasimi zamanı bir araya gəliblər.
Görüş zamanı əl sıxışmaları baş tutub və forumda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə birgə fotosessiya keçirilib.
Bu görüş iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və forum çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından önəmli hesab olunur.
DOĞRU.AZ




























