Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Aşqabadda Beynəlxalq Sülh və Etimad İli, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş forum çərçivəsində görüşüblər.
Doğru.az xəbər verir ki, Kremldən bildirilib ki, Rusiya lideri dekabrın 12-də Türkmənistana səfəri zamanı bir sıra ikitərəfli görüşlər keçirəcək, o cümlədən Ərdoğanla danışıqlar aparacaq.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin Ukraynadakı münaqişənin həllinə kömək etmək istəyini alqışladığını vurğulayıb.
DOĞRU.AZ




























