image-ads_n1karobka_mobile
image-69149986ae5ac914f0317e51backend

Putin və Tokayev dostluq və tərəfdaşlıq üçün tost qaldırıblar

image-add-a-heading

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin səfəri münasibətilə təşkil olunan qala-ziyafətdə Rusiya prezidenti Vladimir Putin iki ölkə xalqlarının dostluğu və firavanlığı üçün tost təklif edib.

Doğru.az xəbər verir ki, RİA Novosti Putinin sözlərindən sitat gətirərək yazır: “İcazə verin, Rusiya Federasiyası ilə Qazaxıstan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin daha da möhkəmlənməsi üçün bir tost təklif edim”.

Bundan əvvəl Vladimir Putin və Qasım-Jomart Tokayev iki ölkə arasında münasibətlərin yeni səviyyəyə qaldırılmasını nəzərdə tutan bəyannamə imzalayıblar.

Tokayev qeyd edib ki, Qazaxıstan və Rusiya xalqları arasında dostluq taleyin əvvəlcədən müəyyən etdiyi bir əlaqədir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki