image-n1karobka_ads
image-123
image-screenshot_20250523_202013_gallerybackend

Pyotr Qlıboçkodan Mehriban Əliyevaya Müstəqillik Günü münasibətilə təbrik məktubu

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Doğru.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda Mehriban Əliyevanın ölkənin inkişafı, səhiyyə və təhsil sahələrindəki xidmətləri, eləcə də humanitar dəyərlərə sadiqliyi xüsusi vurğulanıb.

Qlıboçko məktubunda bildirib:

 “Azərbaycan xalqının rifahı naminə genişmiqyaslı fəaliyyətiniz, səhiyyə, təhsil və mədəniyyətin inkişafına töhfəniz beynəlxalq aləmdə Sizə səmimi hörmət qazandırıb…”

O, həmçinin Mehriban Əliyevaya möhkəm cansağlığı və ali missiyasında uğurlar arzulayıb:

 “Qoy, Azərbaycan sülh və tərəqqi naminə bundan sonra da yeni zirvələr fəth etsin!”

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki