UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Niderlandın “Ayaks” komandaları arasında keçiriləcək VI tur oyununun hakimləri açıqlanıb.
Doğru.az xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.
Oyunu baş hakim Rade Obrenoviç idarə edəcək. Ona yan xətlərdə Yure Praprotnik və Qreqa Kordej kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mateo Tozan yerinə yetirəcək. VAR-da Matey Yug, AVAR-da Alen Boroşak olacaq.
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq “Qarabağ” – “Ayaks” oyunu saat 21:45-də start götürəcək.




























