image-n1karobka_ads
image-123
image-ap23333728409640-pic_32ratio_900x600-900x600-57686backend

Qayanada Venesuela sərhədi yaxınlığında hərbi helikopterin itdiyi bildirilir

Qayana Müdafiə Nazirliyi Venesuela ilə sərhəddə yerləşən Arau kəndi ərazisində hərbi idarəyə məxsus Bell 412 helikopteri ilə əlaqəni kəsdiyini bildirib.

Müdafiə Nazirliyi bildirib ki, Qayana Müdafiə Qüvvələri özəl aviasiya operatorları ilə birlikdə itkin düşən helikopterin yerini tapmaq üçün axtarış-xilasetmə əməliyyatı aparır.

Qeyd olunur ki, təyyarə Qayananın qərb sərhədində yerləşən Aarau şəhərindən təxminən 50 km şərqdə fövqəladə radio siqnalı ötürüb. Təyyarədə üç ekipaj üzvü və dörd sərnişin olub.

Bundan əvvəl məlumat verilmişdi ki, Venesuela prezidenti Nikolas Maduro ölkənin silahlı qüvvələrini aktivləşdirmək qərarına gəlib və faktiki olaraq qonşu Qayana ərazisi olan Essequibo bölgəsinin ilhaqını elan edib.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki