Misli Premyer Liqasının XIV turunda qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılan “Qəbələ” – “Turan Tovuz” oyunu ilə bağlı Peşəkar Futbol Liqasının (PFL) İdarə Heyətinin iclası keçirilib.
Doğru.az xəbər verir ki, PFL-in rəsmi saytına istinadla verilən məlumata görə, qış fasiləsinə qədər olan və ondan sonrakı ilk turun təqvimi açıqlanıb, klublar fəaliyyət planlarını müəyyənləşdirib. Bu və digər məqamlar nəzərə alınaraq, İdarə Heyəti qərar qəbul edib.
Qərara əsasən, yarımçıq dayandırılmış qarşılaşma yeni oyun kimi keçiriləcək və matç 2026-cı ildə baş tutacaq. Klublar həmin görüşdə sifariş vərəqəsindəki mövcud futbolçulardan istifadə edəcəklər. Həmçinin, 24-cü dəqiqədə dayandırılmış oyun üçün qüvvədə olan cəzalar növbəti tur oyunlarına şamil olunacaq.
DOĞRU.AZ




























