image-n1karobka_ads
image-123
image-upload-rian_8187120-hr-pic_32ratio_900x600-900x600-52334backend

Qələbənin 80 illiyi ilə bağlı Moskvaya xarici nümayəndə heyətləri dəvət olunacaq

2025-ci ildə qeyd olunacaq Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək bayram tədbirlərinə xarici nümayəndə heyətləri dəvət olunacaq.

Bunu “İzvestiya” qəzetinə müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

“Aydındır ki, xarici rəsmi nümayəndə heyətləri 2025-ci il mayın 9-da Moskvada keçiriləcək yubiley tədbirlərində iştirak edəcək”, – Verşinin bildirib.

Rusiya Prezidenti Vladimir Putinin adından xarici dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların rəhbərlərinə dəvətlərin göndəriləcəyini qeyd edib və əlavə edib ki, Rusiya tərəfi xarici ölkələrin tanınmış ictimai-siyasi xadimləri arasından fəxri qonaqların gəlməsini gözləyir.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki