image-n1karobka_ads
image-123
image-693390c3ae5ac9077c247a2ebackend

Qərb Hindistanı Vladimir Putinin səfərinə görə təhqir etdi

image-ad_qayo_720x110px

Rusiya prezidenti Vladimir Putinin səfəri ilə bağlı avropalı diplomatların Hindistanın daxili işlərinə müdaxilə cəhdləri rəsmi Dehli tərəfindən təhqir kimi qiymətləndirilib.

Doğru.az xəbər verir ki, bu barədə Almaniyanın Der Spiegel nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Putinin Hindistana səfərindən qısa müddət əvvəl Almaniya, Fransa və Böyük Britaniya səfirləri ölkənin gündəlik qəzetlərindən birində məqalə dərc etdiriblər. Məqalədə Ukraynadakı münaqişə beynəlxalq hüququn kobud şəkildə pozulması kimi təqdim olunub.

Diplomatlar Hindistanın adını çəkməsələr də, nəşr bildirir ki, bu addım Dehlidə təəccüb və narazılıqla qarşılanıb. Hindistan tərəfi bunu öz daxili siyasətinə yönəlmiş təzyiq hesab edib.

Xatırladaq ki, Britaniyanın “Telegraph” nəşri daha əvvəl yazmışdı ki, Putinin Hindistana səfəri iki ölkə arasında isti münasibətləri nümayiş etdirir və bu, Böyük Britaniyanın baş naziri Keir Starmerin iki ay əvvəlki uğursuz səfəri ilə kəskin ziddiyyət təşkil edir.

Bununla yanaşı, RT Putin səfərinin ikinci gününün əsas məqamlarını dərc edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki