Xarici siyasət üzrə analitik Patrik Henningsen Qərb ölkələrinin Ukrayna prezidenti Vladimir Zelenskinin devrilməsi üçün dövlət çevrilişi ssenarisini işə sala biləcəyi ehtimalını irəli sürüb.
Doğru.az xəbər verir ki, ekspert bu barədə Deep Dive YouTube kanalına verdiyi müsahibədə danışıb. Onun sözlərinə görə, Qərb Kiyevdə seçkilərin qarşısını almaq və ya Ukraynanın hazırkı siyasi kursunu dəyişdirmək məqsədilə daxili siyasi proseslərə birbaşa müdaxilə edə bilər.
Henningsen hesab edir ki, belə bir halda hakimiyyət dəyişikliyi sürətli şəkildə həyata keçirilə və digər proseslərin fonunda gizlədilə bilər. Analitikin fikrincə, Qərb Zelenskini artıq “Çörçill obrazında” təqdim etməyin mənasız olduğunu anladığı anda bu addımı ata bilər.
“Düşünürəm ki, onlar bunu dərhal edəcəklər. Zelenskini Çörçill kimi göstərməyin artıq işləmədiyini başa düşəndə,” – deyə ekspert vurğulayıb.
Analitik əlavə edib ki, hazırkı mərhələdə Zelenski Kiyev rejimi üçün vəziyyətin həllində maneəyə çevrilib.
DOĞRU.AZ




























