image-2000x150px
image-123
image-ads_atlas
image-herbbackend

Qəzada yaralanan hərbçilərin səhhəti ilə bağlı – Açıqlama

image-728x90px

Xızı rayonu ərazisində qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinin “Mi-17” tipli hərbi helikopterində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun hazırkı vəziyyəti açıqlanıb. 

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Hospitalına yerləşdirilən hər iki hərbçinin səhhəti normaldır və müalicələri davam etdirilir.

Xatırladaq ki, noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri təlim uçuşları yerinə yetirərkən qəzaya düşüb. Hadisə nəticəsində 14 hərbçimiz şəhid olub, 2-si isə yaralanıb.

Faktla əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki