image-n1karobka_ads
image-123
image-692d9a7602e8bd3b3104b7f0backend

Qırğızıstanda Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edildi

image-ad_qayo_720x110px

Qırğızıstan Prezidenti Sadır Japarov Təhlükəsizlik Şurasının katibi Baktıbek Bekbolotovu vəzifəsindən azad edib.

Doğru.az xəbər verir ki, onun yerinə Milli Təhlükəsizlik Dövlət Komitəsi sədrinin birinci müavini Rüstəm Mamasadıqov təyin olunub.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, Baktıbek Asankalieviç Bekbolotov bu vəzifəni 2025-ci ilin may ayından etibarən tuturdu.

Qeyd edək ki, noyabrın 30-da Qırğızıstanda növbədənkənar parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) isə seçkilərdə ciddi qanun pozuntularının qeydə alınmadığını açıqlayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki