image-2000x150px
image-123
image-ads_atlas
image-gettyimages-515564970-pic_32ratio_900x600-900x600-45233backend

“Qremmi” mükafatçısı Corc Uinston vəfat edib

image-728x90px

Pianoçu Corc Uinston 73 yaşında vəfat edib.

Musiqiçi on il xərçənglə mübarizə aparırdı. O, 2003 və 2012-ci illərdə sümük iliyi transplantasiyası əməliyyatı keçirib.

Uinston 6 may 2022-ci ildə RCA Records vasitəsilə 16-cı studiya albomu Night-ı buraxdı, lakin səhhətinə görə bu ilki tur tarixlərini təxirə saldı. Sənətçi qastrol səfərlərini 2024-cü ildə bərpa etməyi planlaşdırırdı.

Uinston 1996-cı ildə yeddinci albomu Forest üçün Yeni Dalğa Qremmi qazandı. “Ballads and Blues” (1972) adlı ilk solo piano albomu ilə başlayan yaradıcılıq karyerası ərzində musiqiçi beş dəfə “Qremmi” mükafatına namizəd olub.

Mənbə:

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki