image-n1karobka_ads
image-123
image-17252727651603260203_1200x630backend

Qubada beynəlxalq futbol turnirinə start verilib

Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə idman paytaxtı Quba şəhərində 12 yaşadək futbolçular arasında “Ulduz Cup” beynəlxalq turniri start götürüb.

Doğru.az nxəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçirilən turnirdə 5 ölkədən 8 komanda 2 qrupda mübarizə aparır.

A qrupunda Şimali Kipr millisi, “Bunyodkor” (Özbəkistan), “Ulduz” FA və “Quba” OİK, B qrupunda isə “Dinamo” (Minsk, Belarus), “Saburtalo” (Gürcüstan), “Qarabağ” və “Metak” qüvvəsini sınayır.

Turnirin açılış matçında “Ulduz” FA və “Bunyodkor” komandaları üz-üzə gəlib. Görüş Özbəkistan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turnirə sentyabrın 6-da yekun vurulacaq.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki