image-n1karobka_ads
image-123
image-17101623962471464888_1200x630backend

“Red Bull” komandası Formula 1-də qələbələrin sayına görə dördüncü pilləyə yüksəlib

“Red Bull” komandası Formula 1-də qazandığı qələbələrin sayına görə 4-cü pilləyə yüksəlib.

Doğru.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu, Avstriya təmsilçisinin heyətində yer alan pilot Maks Ferstappenin Səudiyyə Ərəbistanı Qran-prisindəki qalibiyyəti sayəsində reallaşıb.

Qələbələrinin sayını 115-ə çatdıran komanda “Uilyams”ı (114) qabaqlayıb. “Red Bull” bu göstəricidə yalnız “Mersedes” (125), “McLaren” (183) və “Ferrari”dən (243) geri qalır.

Qeyd edək ki, Formula 1-in növbəti mərhələsi martın 22-dən 24-dək Avstraliyada keçiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki