image-n1karobka_ads
image-123
image-68e2eb7402e8bd6ea3147a06backend

Ritter Gürcüstanı qonşuları ilə dost olmağa çağırıb

image-ad_qayo_720x110px

ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçı analitiki Skott Ritter Gürcüstanın xarici siyasəti barədə fikirlərini bölüşüb.

Doğru.az xəbər verir ki, o, sosial şəbəkədə yazdığı açıqlamada Gürcüstanın minlərlə mil uzaqda yaşayanların deyil, qonşularının maraqlarına üstünlük verməli olduğunu bildirib:
“Gürcüstan qonşuları ilə dost olmalıdır, minlərlə mil uzaqda yaşayanların xidmətçisi olmamalıdır”.

Ritter qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar tətbiq etmədiyi üçün Gürcüstanın iqtisadiyyatı bu gün güclüdür. Onun sözlərinə görə, Gürcüstan Ukraynanın timsalında ABŞ və Avropa ilə “dostluğun” nəticələrini görüb.

Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze daha əvvəl ölkədə “Maydan” təşkil etmək cəhdinin uğursuzluğa düçar olduğunu açıqlamışdı. Gürcüstan prezidenti Mixeil Kavelaşvili isə bildirib ki, respublikada hakimiyyət dəyişikliyi yalnız seçkilər vasitəsilə demokratik şəkildə baş verə bilər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki