Goal-a görə Qızıl top nominasiyası – 2024-də qələbəyə namizədlərin reytinqi yenilənib.
Yeni favorit “Mançester Siti”nin və Avropa çempionatının qalibi olan İspaniya millisinin yarımmüdafiəçisi Rodridir. Turnirin sonunda o, ən yaxşı oyunçu kimi tanınıb.
İlk 3-lükdə həmçinin Real Madriddə çıxış edən Vinisius Junior və Jude Bellinqhem də var.
Bundan əvvəl Konor Makqreqorun Avro-2024-ün finalında İspaniyanın qələbəsi sayəsində 1 milyon avro qazandığı bildirilirdi.
DOĞRU.AZ