Beynəlxalq Futbol Federasiyası (FİFA) borclarına görə Səudiyyə Ərəbistanının Əl-Nasr klubuna yeni futbolçuların qeydiyyatını qadağan edib.
Bu barədə FİFA nümayəndəsi “The Athletic”ə məlumat verib.
“Hazırda “Əl-Nəsr” klubu ödənilməmiş borclarına görə yeni oyunçuları qeydiyyatdan keçirə bilmir”, – FIFA bildirib.
Al-Nasr borcun ödənildiyini təsdiqlədikdən sonra transfer qadağası aradan qaldırılacaq.
Daha əvvəl “The Mirror” nəşri Əl-Nəsrin nigeriyalı hücumçu Əhməd Musanın transferinə görə “Lester”ə bonus ödəmədiyini yazıb.
Mənbə: Goal