ABŞ dövlət katibi Marko Rubio və xüsusi elçi Steven Witkoff noyabrın 23-də İsveçrənin Cenevrə şəhərində Ukrayna nizamlanması üzrə danışıqlarda iştirak edəcək.
Doğru.az xəbər verir ki, məlumat CNN-ə istinadən yayımlanıb.
Məqalədə bildirilir: “Rubio və Witkoff sabah Cenevrədə danışıqlara qatılacaq.”
Qeyd edək ki, bundan əvvəl noyabrın 24-də Anqolada Aİ-nin Ukrayna üzrə fövqəladə sammitinin keçiriləcəyi açıqlanmışdı.
DOĞRU.AZ




























