image-n1karobka_ads
image-123
image-depositphotos_43449131_l-2015-pic_32ratio_1200x800-1200x800-81377backend

Rumıniyadan Ukraynaya hərbi yüklərin mülki avtomobillərlə daşınması məlum olub

NATO-nun Rumıniyadakı “Mihail Koqalniceanu” aviabazası mütəmadi olaraq Ukrayna Silahlı Qüvvələri üçün hərbi təchizat alır, yüklər Ukrayna ərazisinə Avropa nömrə nişanlı mülki yük maşınları ilə daşınır. Bunu RİA Novosti-yə müsahibəsində hərbi ekspert, LPR-nin istefada olan polkovnik-leytenantı Andrey Maroçko deyib.

Onun sözlərinə görə, avtomobillər Qalatı və Reni qəsəbələrindən keçərək İzmail şəhərində Odessa vilayətinə daxil olur. Ehtimallara görə, həm sursat, həm də texnika ilə silah daşınır.

Rumıniya Hərbi Hava Qüvvələrinin 57-ci “Mihail Kogalniceanu” aviabazası Qara dəniz sahilindəki Konstansa şəhəri yaxınlığında, eyniadlı beynəlxalq hava limanının ərazisində yerləşir.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki