image-n1karobka_ads
image-123
image-695be894ae5ac928ea5ede84backend

Rusiya ABŞ-ın Venesuela müdaxiləsini pislədi

image-ad_qayo_720x110px

Rusiyanın BMT-dəki nümayəndəsi ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu ələ keçirməsini qanunsuz adlandırıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu ələ keçirməyə yönəlmiş addımı qanunsuzdur və Amerikanın güclə dominantlıq dövrünə qayıdışın əlamətidir.

“Venesuela liderinə qarşı onlarla Venesuela və Kuba vətəndaşının ölümü ilə nəticələnən hücum bir çoxlarının gözündə qanunsuzluq və Amerikanın güclə dominantlıq dövrünə qayıdışın xəbərçisidir”, – deyə Nebenzya qeyd edib.

Doğru.az xəbər verir ki, Moskva Vaşinqtonu Maduro və həyat yoldaşı Siliya Floresini dərhal azad etməyə çağırır və ABŞ-ın Venesuelaya qarşı silahlı təcavüzünü qətiyyətlə pisləyir.

Qeyd olunur ki, 3 yanvarda ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyat keçirib, prezident Nikolas Maduro və həyat yoldaşını həbs edib, sürgün edib və daha sonra Bruklindəki həbsxanaya aparıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki