image-n1karobka_ads
image-123
image-692f6e14ae5ac9320959ef48backend

Rusiya Gürcüstanla dialoqu normallaşdırmağa hazırdır

image-ad_qayo_720x110px

Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Tbilisi ilə siyasi dialoqu bərpa etmək üçün heç bir ilkin şərt görmədiyini açıqlayıb.

Doğru.az xəbər verir ki, nazirlik həmçinin Gürcüstanla münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib.

“Problem ondadır ki, Tbilisi Rusiya ilə diplomatik münasibətlərin bərpasını Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina etməsi ilə əlaqələndirir. Lakin Rusiya bu tələbi qeyri-real hesab edir”, – “İzvestiya” yazır. Nazirlik vurğulayıb ki, Moskva artıq respublikaların dövlətçiliyinin tanınması ilə bağlı qərarların dönməz olduğunu açıqlayıb.

Eyni zamanda, Moskva və Tbilisi bir sıra sahələrdə dialoqu davam etdirirlər. Gürcüstan prezident administrasiyasının keçmiş rəhbəri Petre Mamradze bildirib ki, iki tərəf Abxaziya və Cənubi Osetiya məsələsini şərti olaraq qəbul edib və digər sahələrdə – ticarət, mədəniyyət və sosial məsələlərdə əməkdaşlığı inkişaf etdirirlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki