Moskva “Dinamo”sunun və Rusiya millisinin qapıçısı Anton Şunin Asiya komandaları ilə oyun haqda fikirlərini bölüşüb. Onun sözlərini “Championship” xəbər verir.
“Mən buna qarışmaq belə istəmirəm. İdmanımızın necə inkişaf edəcəyini anlayanlar var. Amma təbii ki, biz Tacikistana gəlib o qədər də keyfiyyətli olmayan süni meydançada oynayanda Avropa ilə ziddiyyət böyük idi. Təbii ki, İngiltərə, İspaniya və İtaliyanın qəşəng meydanlarında tam tribunalarla oynamaq əladır. Amma bacardığımız kimi oynayırıq. Asiya ölkələrinin pərəstişkarları üçün gəlişimiz bayramdır. Təbii ki, milli komandada bizim hamımız üçün Avropada oynamaq daha xoşdur”, – Şunin bildirib.
2022-ci ilin yazında Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisini, eləcə də bütün Rusiya klublarını bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakdan kənarlaşdırmaq qərarına gəlib.
Mənbə: Championship