image-ads_n1karobka_mobile
image-6915fc1eae5ac97f0f13890abackend

Saakaşvili Zelenskidən məhbus mübadiləsi siyahısına daxil edilməsini xahiş edib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili xəstəxanadan həbsxanaya köçürüldükdən sonra Ukrayna prezidenti Vladimir Zelenskidən onu məhbus mübadiləsi siyahısına salmağı xahiş edib.

Doğru.az xəbər verir ki, RBC-Ukrayna Saakaşvilinin müraciətindən sitat gətirərək yazır:

 “Xahiş edirəm, məni Odessa Vilayət Dövlət Administrasiyasının keçmiş rəhbəri kimi, Milli İslahat Şurasının İcraiyyə Komitəsinin sədri kimi… mülki məhbuslar siyahısına daxil edin.”

Qeyd edək ki, Saakaşvili 2022-ci ildən müalicə olunduğu klinikadan yenidən həbsxanaya qaytarılıb. Ona qarşı Gürcüstanda dövlət çevrilişinə çağırışlarla bağlı cinayət işi açılıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki