image-2000x150px
image-123
image-ads_atlas
image-1648298301_1646121363_untitled-1backend

Sabiq icra başçısının iki yaxın adamı vəzifəsindən istefa verdi – AÇIQLAMA

image-728x90px

Göyçayın sabiq icra başçısı Mehdi Səlimzadəyə yaxınlığı ilə tanınan məmur vəzifəsindən ayrılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Göyçay royon İcra Hakimiyyətinin sektor müdiri – baş mühasib Kamran Kərimov Mehdi Səlimzadə vəzifəsindən azad edilən gün ərizəsini yazaraq onunla bərabər işdən gedib.

Kamran Kərimov Qaynarinfo-ya açıqlamasında xəbəri təsdiq edib. Bildirib ki, vəzifəsindən azad olunması üçün ərziəsini yazıb. İşdən çıxması ilə bağlı hələlik rəsmi əmr verilməyib.

Əldə etdiyimiz digər məlumata görə, Mehdi Səlimzadəyə yaxınlığı ilə tanınan və 2017-ci ildə başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunan Zivər Zeynalova da vəzifəsindən azad olunması üçün ərizə yazıb.

Qeyd edək ki, Kamran Kərimov Rusiyada yaşayan azərbaycanlı milyarder, Göyçayda fəaliyyət göstərən “AzNar” QSC-nin sahibi Fərhad Əhmədov tərəfindən rayonda keçirilən Nar festivalında xərclənən 300 min manatla gündəmə gəlmişdi. Həmin vaxt “AzNar” bu vəsaitin şirkət tərəfindən ödənildiyini açıqlasa da, Kamran Kərimov pulun RİH tərəfindən xərcləndiyini iddia etmişdi.

Həmçinin Kamran Kərimovun Göyçay Rayon Sanitar-Təmizlik İdarəsinin keçmiş rəisi Loğman Əliyevin pulunu ödəməməsi ilə bağlı da mətbuatda məlumatlar dərc edilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki