image-2000x150px
image-123
image-ads_atlas
Şagirdlərin fərqli geyimdə məktəbə getmələrinə yol verilməyəcəkbackend

Şagirdlərin fərqli geyimdə məktəbə getmələrinə yol verilməyəcək

image-728x90px

Növbəti tədris ilindən şagirdlərin ümumi təhsil müəssisələrinə fərqli geyimdə getmələrinə yol verilməyəcək.

Bu barədə “Doğru.Az”-a Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının “Ümumi təhsil haqqında” Qanununa əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün təsvirləri müvafiq qurum tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir. Yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil müəssisəsinə fərqli geyimdə gəlməsinə yol verilməyəcək.

“Nazirlər Kabinetinin müvafiq Qərarına görə, təsdiq edilmiş geyim formaları 2022-2023-cü tədris ilindən tətbiq ediləcək. Lakin hazırda istifadədə olan geyim formalarının 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilməsinə icazə verilir. Beləliklə, məktəblər 1 tədris ili ərzində yeni geyim formalarına tədricən keçəcəklər” – deyə, açıqlamada qeyd olunub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki