Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında iştirak etmək üçün Cenevrə şəhərində işgüzar səfərdədir. Azərbaycan Parlamentinin sədri Assambleyanın bu gün davam edən müzakirələrinə sədrlik edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Doğru.az-a bildirilib: müzakirələrdə Avstraliya, Kolumbiya, Mozambik, Serbiya, Liviya, Finlandiya, Macarıstan, İspaniya, Türkiyə, Uruqvay, Belçika və digər ölkələrin parlament təmsilçiləri çıxış edib, fikirlərini bölüşüblər.
Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova Assambleyanın “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda keçirilən ilk gün müzakirələrində çıxış edib.
DOĞRU.AZ