image-n1karobka_ads
image-123
image-1756903848271648715_1200x630backend

Sahibə Qafarova İordaniya səfiri ilə görüşüb

image-ad_qayo_720x110px

Sentyabrın 3-də Milli Məclisin sədri Sahibə Qafarova İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Ömər Bərəkət əl-Naharla görüş keçirib.

Doğru.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə İordaniya arasında 32 il əvvəl qurulan diplomatik münasibətlərin bu gün yüksək səviyyəyə çatdığı vurğulanıb. Sahibə Qafarova bildirib ki, hazırda müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur.

Tərəflər parlamentlərarası əlaqələrin mövcud səviyyəsini yüksək qiymətləndirib, bu münasibətlərin dərinləşməsində qarşılıqlı səfərlərin və parlament dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini qeyd ediblər.

Milli Məclisin sədri, həmçinin, İordaniya parlamentinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində fəal iştirakını məmnunluqla dəyərləndirib. Görüşdə Azərbaycan-Ermənistan sülh prosesi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Səfir Ömər Bərəkət əl-Nahar isə Azərbaycanda diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb və əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki